Ötən ayın əvvəlindən tətbiq edilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı.Virusa yoluxma həddi ölkəmizdə 500-ü keçdi. Bu ərəfədə vətəndaş məsuliyyətsizliyi də xüsusi rol oynadı.Qaydalara biganəlik hər şeydən əvvəl özümüzün və ətrafdadılarımızın təhlükəsi deməkdir. Ona görə də pandemiya ilə mübarizə hər birimizdən birlik və həmrəylik göstərməyi tələb edir.
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülməsi vacib olan bir sıra məqamlar var. İlk olaraq onu qeyd edək ki, qayda pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir.Həkim terapevt Nahid Məhərrəmov vətəndaşlara bir daha çağırış edir. Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməsinlər, ictimai yerlərdə, marketdə mütləq qaydada tibbi maskadan istifadə edilsin. Çünki sosial qaydalara əməl etmədikdə virusa yoluxma qaçılmazdır.
Nahid Məhərrəmov - terapevt
Qoruyucu maskanı ona görə taxırıq ki, virus ağızın burun selikli qişası ilə bizə yoluxur.maska bunu ağızın burun qişanı qoruyur virus yoluxmasın məsafəni ona görə saxlayırıq ki, gözün selikli qişası vasitəsilə virusa yoluxma az olsun.çünki virus 1-2 metr məsafədə gözündən selikli qişadan yoluxa bilər
Həkim onu da əlavə edir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdən keçir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil.Virusa inanmsızlıq insanların mənasız eqosundan başqa bir şey deyil.
Nahid Məhərrəmov - terapevt
Bu inamsızlıq çox mənasızdır.Koronavirus infeksiyası ağciyəri zədələyir insanlar ağciyəri görmür ona necə inanmamaq olmaz hər gün görürük biz nə qədər insan ağciyərin aşağı payının zədələnməsi bütün payların zədələnməsi müraciət edir bəlğəmlə tempraturumla öskürlə buna inanmamaq mükün deyil bütün dünya bundan əlacsız qalıb
Bir sözlə koronavirusla mübarizədə həmrəylik nümayiş etdirmək ən vacib şərtdir.Həm özümüz həm də ətrafımızda olanların sadə qaydalara əməl etməsi bizi bu vəziyyətdən tez bir zamanda çıxarda bilər
Nahid Məhərrəmov - terapevt
Tək ictimai nəqliyyat avtobus deyil istənilən yerdə ara məsafə saxlamlaq davranmalıyıq karonavirusa gətirdiyi nizam intizamla davranmalıyıq başqa yolumuz yoxdur çünki biz təmasda olduğumuz adamlaral bilmirik o virus daşıyıcısıdır ya xəstəsidir buna əmin olmaqdan ötrü qoruyucu vasitələrdən istifadə etmək məcburiyyətimiz var hər yerdə Covid-19 yerdə metalda taxtada yaşaya bilər günəşin ultrabənövşəyi şualarında məhv olması çoxdur istənilən əşyalardan mühitdən özümüz qorusaq məqsədəuyğun olar
Hər birimiz pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə edərik. Hər bir halda qaydalar bizim üçündür və deyilənlərə əməl etməliyik.
Mənbə: www.atv.az