Qazaxıstanda son gündə 1509 nəfərdə koronavirus tapıldı

Qazaxıstanda son gündə 1509 nəfərdə koronavirus tapıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda son bir gündə 1509 koronavirus infeksiyası aşkar edilib, onların 981-də klinik təzahürlər olmayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, pandemiyanın başlanmasından bəri ölkədə koronavirus infeksiyası olan 42 574 xəstə müəyyən edilib, 13 845 xəstə sağalıb, 188 nəfər ölüb.

KONKRET.az

Mənbə: konkret.az