Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər NazirliyininŞamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2020-ci tarixində İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub:

"ETSN Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsunlar, biganə qalmasınlar, qınasınlar və meşələrin mühafizə olunmasında kömək göstərsinlər".

Mənbə: az.trend.az