Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır – ÜST-dən açıqlama

Dünyada koronavirusa qarşı 141 peyvənd hazırlanır – ÜST-dən açıqlama

Dünyada cəmi 141 koronavirus peyvəndi hazırlanır.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus açıqlayıb.

“Beynəlxalq əməkdaşlığın koronavirusa qarşı peyvənd hazırlamaqda oynadığı vacib rolu düşünün. Bu, koronavirusun ardıcıllıqla əlaqəli məlumatların onlayn şəkildə yayılmasından qısa müddət sonra başladı, hazırda 141 peyvənd hazırlanır. Əlbəttə ki, tam qorunma zəmanəti yoxdur, amma ümid edirik” deyib.

Bu günə qədər Johns Hopkins Universitetinin məlumatına görə, dünyada 10,6 milyon insan koronavirusa yoluxub, 516 mindən çox xəstə həyatını itirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az