Kürdəmirdə əkin sahələrinin suvarılması ilə bağlı çətinliklər müzakirə olunub

Kürdəmirdə əkin sahələrinin suvarılması ilə bağlı çətinliklər müzakirə olunub

Kürdəmir, 2 iyul, AZƏRTAC

Kürdəmirdə son vaxtlar suvarma suyu ilə təminat sahəsində yaranan çətinliklər və bununla əlaqədar görüləsi təxirəsalınmaz vəzifələrlə bağlı videokonfrans keçirilib.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən videokonfransda mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib.

Vurğulanıb ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması nəticəsində Kürdə və digər suvarma kanallarında su nasoslarının işləməsindəki fasilələr normal su təminatında problemlər yaradır ki, bu da sakinlər arasında haqlı narazalığa cəlb olur. Belə bir vəziyyətdə əlaqədar təşkilatlar maksimum səylə çalışmalı, icra nümayəndələri və bələdiyyə sədrləri su itkisinin qarşısının alınmasında, torpaqlardan təyinatı üzrə istifadə edilməsində aktiv fəaliyyət göstərməlidirlər.

Videokonfransda, habelə əhalinin koronavirus pandemiyası təhlükəsindən qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmz tədbirlərdən danışılıb, Kürdəmirdə aparılan tibbi-profilaktik işlərdən, əhali arasında aparılan maarifləndirmədən bəhs olunub.

Mənbə: azertag.az