Bu Asiya ölkəsində taun baş qaldırıb

Bu Asiya ölkəsində taun baş qaldırıb

Monqolustanın qərb hissəsində son sutka ərzində taun xəstəliyinə yoluxmanın iki halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə “Montsame” portalı yazır.

Bildirilir ki, yoluxma Hovd aymakında (inzibati ərazi bölgüsüdür – red.) müşahidə olunur.

Aymakın ərazisində karantin elan olunub, bölgəyə giriş və çıxış bağlanıb.

Mənbə: www.unikal.org