Bodrumdakı 48 avroluq dönər Avropada - ŞOK YARADIB

Bodrumdakı 48 avroluq dönər Avropada - ŞOK YARADIB

Almaniyanın məşhur tabloid qəzeti "Bild" bir İngilisə gətirilən 48 avroluq dönər kababının hesabından yazıb. "Bild" bunu oxucularına "Dürüm axmaqlığı" başlığı ilə nəşr edərkən, "Bizdə eynisi 4.5 avrodur" şərhini edib.

FED.az xəbər verir ki, Bodrumda bir xarici turistin gətirilən 184 avro yemək haqqı hesabında dönərin qiymətinin 48 avro yazılması Avropanı şoka salıb. Almaniyanın məhşur Bild bu hesabın ağılasığmaz olduğundan yazıb. Qəzet həmçinin "Turistlər Türkiyə sahillərində bir dönərə 48 avro ödəyirlər. Eyni doner Almaniyada 4.5 avro" başlığından istifadə edib.

Qəzet yazdığı xəbərdə "Dürüm axmaqlığı" mənasını verən "Dumm-Dürüm gelaufen" ifadəsini işlədib. Bild həmçinin bir türk qəhvəsinin 8 avro və bir pidenin 24 avro olduğunu qeyd edib.

Tezliklə Almaniyada da qiymətlər artar

"Bild" qəzeti Bodrum Bələdiyyə Başçısı Əhməd Arasın sözlərinə də geniş yer verdi. Aras keçən həftə verdiyi açıqlamada: “Mənim üçü kimin dönərə nə qədər ödədiyinin əhəmiyyəti yoxdur. İnsan istəyirsə 100 min lirə də (13 min avro) verə bilər. Ancaq burada 20 lirəyə (2.60 Avro) dönər çox yerdə var. Bu hesabı ödəyəcək müştərilər də var. Varlılar üçün deyirəm, əgər ucuz məhsullar versəniz pul xərcləmək istəyənlər Santorini ya İbizaya gedib orada pul xərcləyərlər." demişdi.

"Bild" əlavə olaraq qeyd edib ki, Almaniyada da dönərin qiymətinin artmasını görmək təəccüblü olmamalıdır.

Mənbə: fed.az