“Facebook”un rəhbəri Mark Çukerberq reklam boykotunun təşkilatçıları ilə görüşəcək

“Facebook”un rəhbəri Mark Çukerberq reklam boykotunun təşkilatçıları ilə görüşəcək

“Facebook”un rəhbəri Mark Çukerberq, şirkətin sosial şəbəkələrində reklam boykotu elan edən fəallarla görüşməyə razı olub. Banker.az xəbər verir ki, bu barədə “Facebook”un mətbuar xidmətinə istinadən “Bloomberg” məlumat verib.

Xatırladaq ki, 17 iyun 2020-ci ildə ABŞ-da irqçiliyə qarşı etiraz edənlər reklamverənləri “Facebook” platformalarında reklam yerləşdirməkdən imtina etməyə çağırdılar. Onların sözlərinə görə, bunun səbəbi şirkətin zorakılıq və nifrətin təbliğinə qarşı mübarizədə az səy göstərməsidir.

Ümumilikdə etiraz aksiyasına 400 brend qoşulub, onlar sırasında “Coca-Cola”, “Unilever” və digərləri var. Bildirildiyi kimi, bu şirkətlərin reklamları “Facebook”un sosial şəbəkələrindən 2020-ci il 1 iyul tarixində silinəcək.

Qeyd edək ki, “Facebook”un marketinq üzrə vitse-prezidenti Kerolin Everson və sosial siyasət direktoru Nila Pottes etirazçılarla minimum olaraq iki görüş keçiriblər.

Buna baxmayaraq, tərəflər ümumi razılığa gələ bilməyiblər. Bildirilir ki, boykot şirkətin maliyyə vəziyyətinə əhəmiyyətli təsir edəcək.

Mənbə: banker.az