ATU-nun şöbə müdiri: "Aparılan tədbirlər səmərəli deyil" – VİDEO

"Ev heyvanlarının evdən çıxmağına icazə verildi, amma insanların yox. Bu nə dərəcədə məntiqə sığan addımdır?".
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Azadlıq Radiosu”na müsahibəsində ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diqanostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim insanların inamsızlığının səbəbini açıqlayaraq, həftəsonu evdən çıxma qadağasının gülməli olduğunu bildirdi:

“Təəssüflər olsun ki, aparılan tədbirlər o qədər də səmərəli deyil. İlk dövrdə testləri müsbət çıxıb, lakin heç bir şikayəti olmayan, yəni assimptomatik şəxslər məcburən karantinə yerləşdirildi. Bu insanlarda böyük panika və narahatlıq, eyni zamanda inamsızlıq yaratdı. Daha sonra həftəsonu karantinlər... Bunlar da həqiqətən çox gülməli vəziyyət oldu. Şənbə-bazar günləri bütün marketlər bağlı olacaq, heç kim küçəyə çıxmayacaq deyildi. Həftənin 5-ci günü marketlərdə elə dəhşətli sıxlıqlar oldu ki, insanlar az qala bir-birinin üstünə çıxırdı. Həmin 5-ci günü isə şənbə-bazar günü olacaq yoluxmadan, daha çox yoluxma oldu. Fərdi avtombili ilə küçəyə çıxanların bu qədər yoxlanılmasının mənası var idimi? İnsanlar 2 saatlıq icazə alırdı, onun da 1 saatını tıxacda qalırdı. Geri qayıdanda da vaxtı bitmiş olur və ona cərimə yazılırdı. Həftəsonu karantin günlərində heç bir nəqliyyat vasitəsi işləmirdi. Mənim şəxsi avtomobilim yoxdur, evdən iş yerimə qədər 14 km yol gedirdim”.

Aydın Əliyev bildirdi ki, payıza, qışa doğru getdiyimiz dönəmdə insanları qapalı vəziyyətdə saxlamaq, başqa fəsadların yaranmasına gətirib çıxarda bilər:

“İnsanların aylarla evdə qalması onlarda ciddi mənəvi, psixoloji, depressiv problemlərə gətirib çıxardır və bu da bir başa immun sisteminə təsir edir. Rayona getmək istəyən adamlardan test tələb edilsə, onun nəticəsi mənfi olsa, bu zaman icazə verilə bilər istirahətə getsin. Biz bu mübarizədə səmərəli iş görmürük. Görünən problem var, bu problemləri həll etməli olan, lakin həll etməyən qurumları kəskin sürətdə tənqid edirəm və ciddi etirazımı bildirirəm”.

 

İlahə Hüseynova

 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Oxu.Az-ın koronavirusun episentrindən REPORTAJI

SONRAKI XƏBƏR

Prezident Zərdabinin mirasına SAHİB ÇIXDI