“E-TƏBİB”in sumqayıtlı layihə rəhbəri “Real İntervyu”nun qonağıdır – VİDEO

"E-TƏBİB”in layihə rəhbəri Fuad Niftəliyev "Real İntervyu”nun qonağıdır.

"Mütəxəssislər araşdırdılar. Bu tətbiq Sinqapur, Cənubi Koreya, Çin, Yaponiyada daha uğurlu olub. Onları komleksləşdirib öz tətbiqimizə əlavə etdik. Minimum enerji, aşağı siqnal gücündə işləyir. 10-15 faiz enerji sərfiyyatını apara bilər. Yoluxmanın qarşısını almaq üçün növbəti etaplarda bu statuslarda yoluxmuş ərazilər bizim modolumuz olacaq. Riskli zonalarda soruşulacaq, analiz alınır, Yoluxmuş adamlar TƏBİB istədikdə onlar getdiyi trayektoriyasını bildirməlidir”, -deyə Fuad Niftəliyev bildirib.

"E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir.

Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

"E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

İraq Türkiyədən 3 quruma şikayət etmək istəyir

SONRAKI XƏBƏR

İlahiyyat İnstitutu “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsinə start verir