Azərbaycan dövlət sərhədini pozanlara cinayət işi açıldı

Azərbaycan dövlət sərhədini pozmaqda ittiham olunan iki nəfərin barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar Azərbaycan vətəndaşları – Arzuman Şirinov və Sarvan Muxtarovdur.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam edir.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

İraq Türkiyədən 3 quruma şikayət etmək istəyir

SONRAKI XƏBƏR

İlahiyyat İnstitutu “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsinə start verir