“Dünyasını dəyişən yaxınlarıma görə telefonla başsağlığı vermişəm, getmək mümkün deyil”

“Hər kəs özünün, qohum-əqrəbasının, dostlarının və bütövlükdə cəmiyyətin qədrini bilməlidir. O, özü qədrini bilmirsə, cəmiyyətə də zərər vurmuş olacaq”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib.

Qurum sədri pandemiyaya görə yaxınlarının dəfnində belə iştirak edə bilmədiyini bildirib:

“İnşallah hər şey yaxşı olar, Allah özü bizə bir yol göstərər. İnsanlarımız əvvəl gündən pandemiyaya məsuliyyətsiz yanaşdılar. Hər kəs özünün, qohum-əqrəbasının, dostlarının və bütövlükdə cəmiyyətin qədrini bilməlidir. O, özü qədrini bilmirsə, cəmiyyətə də zərər vurmuş olacaq. Bu mənada tətbiq edilən qaydaların hamısına riayət etmək lazımdır. Maskadan istifadə etməliyik, insanlar toplaşdığı yerlərdən uzaq durmalıyıq. Bu gün mənim ən yaxın adamlarım var ki, dünyasını dəyişib və ancaq başsağlığını telefonla vermişəm. Getmək nə mümkündü, nə də məsləhətdi. İndi artıq əvvəlki aylarla müqayisədə vəziyyət daha kritikdir. Ticarət mərkəzlərinin açılması pandemiyanın yayılmasında rol oynadı və ona görə də onların qapadılması lazımdır. Hər kəs öz vicdanıyla cəmiyyət qarşısında cavabdeh olmalıdır”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət universiteti binasını - TƏMİR ETDİRİR - ELAN

SONRAKI XƏBƏR

Samuxda əkin sahəsinin suvarılması problemə çevrilib - Şikayət + Rəsmi cavab/VİDEO