YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO)

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının əməkdaşları tərəfindən əhalinin karantin qaydalarına əməl etməsi üçün mütəmadi olaraq maarifləndirici, izahedici söhbətlər aparılır, sosial aksiyalar həyata keçirilir. Növbəti belə tədbirlərdən biri şəhərin böyük marketlərinin qarşısında təşkil olunub.

Aksiyada YAP Gəncə şəhər təşkilatının əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər və sakinlərə tibbi maskalar paylayıblar.

 

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

 

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Yasamalın icra başçısı yerli mağazalara baxış keçirib - Foto

SONRAKI XƏBƏR

Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin saytında pandemiya dövründə Azərbaycanın enerji siyasətindən bəhs edən məqalə dərc olunub