Koronavirusun xüsusilə yoluxucu mutasiyası müəyyən edilib

 

“Koronavirusun G614 mutasiyası xüsusilə yoluxucudur. O, daha sürətlə çoxaldığı və insandan insana daha asanlıqla ötürüldüyü üçün yayılmasının qarşısını almaq olduqca çətindir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın baş epidemioloqu Entoni Fauçi “Journal of the American Medical Association” nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, məhz bu mutasiyaya uğramış alt-tip İtaliyada 240 961 nəfəri yoluxdurub və 34 818 insanın həyatına son qoyub. Fauçi G614 mutasiyasının Uhanda yayılmış ştammdan fərqli olduğunu və hazırda pandemiyada üstünlük təşkil etdiyini bildirib.

Bununla belə, mütəxəssis yeni mutasiyanın Uhandakı virusdan daha ağır simptomlara səbəb olduğuna dair heç bir dəlilin olmadığını vurğulayıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 11 010 548-ə çatıb, 524 559 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Professor Hüseyin Bağcı: Azərbaycanın qlobal problemlərin həlli ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir

SONRAKI XƏBƏR

İri şəhərlərə giriş-çıxış qadağası qoyuldu