"Ölümdən qorxmuram" — Baş epidemioloqdan SƏRT AÇIQLAMALAR

"Ölümdən qorxmuram"  — Baş epidemioloqdan SƏRT AÇIQLAMALAR

“Mən ölümdən qorxan deyiləm. Mənim üçün ölüm qorxusu yoxdur. Artıq mən 70 yaşı haqlamış bir insanam, yaşadığımı yaşamışam. Bundan sonra da Allah nə ömür veribsə, onu da yaşayacam”.

Bunu “Ölkə.Az” açıqlamasında respublikanın baş epidemioloqu İbadulla Ağayev barəsində mətbuatda gedən yazılara mövqeyini açıqlayarkən deyib.

İ.Ağayev bildirib ki, bir günlük rayona yaxın adamın dəfnində iştirak etmək üçün getmişəm.

“Məgər mənim də, yaxın bir insanımın dəfnində iştirak etməyə ixtiyarım yoxdurmu?.. Mən də insanam. Bundan sensasiya yaratmağa nə lüzum var ki? İnsanıq… İnsanın başına hər iş gələ bilər… Ona görə də hər xırda şeydən sensasiya düzəltməyə ehtiyac yoxdur”- baş edidemioloq bildirib.

Onun barəsində yazan jurnalisti məhkəməyə verəcəyi ilə bağlı məsələyə aydınlıq gətirən İ.Ağayev deyib ki, həmin insana da can sağlığı arzu edirəm:

“Mənim elə bir niyyətim yoxdur. Bu müddət ərzində jurnalistlər də çox əziyyət çəkdilər. Mənim bir istəyim var, Azərbaycan tezliklə bu bəladan xilas olsun. Mən də bir həkim kimi ömrümün son gününə kimi xalqıma, dövlətimə xidmət edəcəyəm. Mənim bu canım millətimə, dövlətimə qurbandır”.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az