İran tankerləri həbs oluna bilər

 

ABŞ-ın Kolumbiya dairə məhkəməsi Venesuelaya benzin daşıyan İrana məxsus tankerlərin həbs edilməsi üçün sanksiya verib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalan Venesuelada kəskin yanacaq qıtlığı meydana gəlib. İran cari ilin əvvəlindən bir neçə dəfə Venesuelaya benzin dolu tanker göndərib. Hazırda İranın bir neçə tankeri Venesuela sahillərinə doğru üzür.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Müsəvi bəyan edib ki, ABŞ məhkəməsinin qərarı beynəlxalq qanunlara ziddir.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir

SONRAKI XƏBƏR

Ruslar istirahətə pul tapmır