Bakıda 200 kq mənşəyi məlum olmayan at əti aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxalama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib. Götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Həbib Nurməhəmmədovun atası öldü

SONRAKI XƏBƏR

DTX-nin XİN əməliyyatının pərdəarxası... - Sabiq nazirdən şok