Nadir Zeynalov: Kimsə özündə narahatlıq hiss edirsə, ilk növbədə, poliklinikaya zəng vurmalıdır

Nadir Zeynalov: Kimsə özündə narahatlıq hiss edirsə, ilk növbədə, poliklinikaya zəng vurmalıdır

Bakı, 3 iyul, AZƏRTAC

Hazırkı vaxtda kimdəsə qızdırma və öskürək olanda, özünü pis hiss edəndə COVID-19 şübhəsi yaranır. Bununla əlaqədar olaraq son vaxtlar poliklinik şəbəkə vasitəsilə xəstələrin nəzarətə götürülməsi və izlənilməsi sisteminin tətbiqinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

O deyib ki, özünü pis hiss edən və narahatlığı olan xəstənin poliklinikaya və ya nömrəsini bildiyi həkimə zəng etməsi məsləhətdir. Onun xəstəliklə əlaqədar suallarına əsasən həkim COVID-19 şübhəsinin olub-olmaması barədə qərar və lazımi təlimat verəcək.

Mənbə: azertag.az