TƏBİB sədri özəl xəstəxanaları həmrəyliyə çağırdı

TƏBİB sədri özəl xəstəxanaları həmrəyliyə çağırdı

Bakı. Samir Əli - Trend:

Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından keçmiş şəxslərlə bağlı məlumatlar bizə gec daxil olur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, özəl xəstəxanalara müraciət edərək, onları həmrəyliyə çağırıb:

"Bəzən xəstələr qanda saturasiyanın 50-yə düşməsi ilə bizə daxil olur. Bu halda onları dərhal tənəffüs aparatına qoşmaq lazım gəlir. Əks halda, xəstəni itirə bilərik. Ona görə də özəl xəstəxanaları bizimlə həmrəy olmağa çağırıram".

Mənbə: az.trend.az