Afrikada minlərlə insan virusun qurbanı oldu

Afrikada minlərlə insan virusun qurbanı oldu

Afrika qitəsində yeni növ koronavirusa yoluxanların sayı 430 min 602 nəfərə çatıb, 10 mindən çox ölüm faktı qeydə alınıb. Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.
Yoluxma daha çox Cənubi Afrika (168 061) və Misirdə (71 299) aşkar edilib. Ən çox ölüm halı Misir (3120), Cənubi Afrika (2844) və Əlcəzairdə (928) olub.
Şahanə Rəhimli
Azvision.az

 

Mənbə: azvision.az