Məşhur restoranlar şəbəkəsi iflas etdi

Məşhur restoranlar şəbəkəsi iflas etdi

“Cafe Rouge”, “Bella Italia”, “Belgo”, “Las Iguanas” və “Huxleys” kimi restoran şəbəkələrinə sahib olan "Causal" Yemək Qrupunun İngiltərə mətbuatına verdiyi açıqlamada məşhur restoranların iflas ediyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, fərqli restoran markaları altında xidmət göstərən qrupun 250 min şöbəsindən 91-nin bağlanacağı, 6 min nəfərdən 900-nün işdən çıxarılacağı bildirilib.

Həmçinin də, açıqlamada restoranların satılması üçün danışıqların aparıldığı və bu müddətdə 150 restoranın fəaliyyətini davam etdirməsinin planlaşdırıldığı qeyd olunub.

Mənbə: www.unikal.org