Azərbaycanlıların şəhərində Firdovsi heykəli götürüldü - Video

Azərbaycanlıların şəhərində Firdovsi heykəli götürüldü - Video

Güney Azərbaycanın Maku şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəli götürülüb.

Axar.az xəbər verir ki, anti-türk xarakteri ilə tanınan, 10-11-ci əsrlərdə yaşamış Firdovsinin heykəlinin güney azərbaycanlılarının etirazlarından sonra götürüldüyü bildirilir.

Qərar Maku şəhər Şurası tərəfindən verilib.

Qeyd edək ki, bənzər hadisə 2015-ci ildə Qərbi Azərbaycanın Salmas şəhərində də baş vermişdi. Firdovsi heykəlinin Salmas bələdiyyəsi tərəfindən şəhər meydanlarının birindən götürülməsi İran qəzetləri və xəbər agentlikləri, eləcə də ölkə daxili və xaricində fəaliyyət göstərən millətçi qrupların geniş reaksiyasına səbəb olmuşdu. Bundan sonra həmin dairələrin təzyiqi nəticəsində heykəl yenidən əvvəlki yerinə qaytarılmışdı.

Mənbə: axar.az