Koronavirusa qalib gələn Sinqapurda yeni epidemiya - 16 min insan öldü

Koronavirusa qalib gələn Sinqapurda yeni epidemiya  - 16 min insan öldü

Koronavirusa yoluxan son xəstənin də sağalması ilə qələbəsini elan edən Sinqapurda yeni deng humması adlı epidemiya yayılıb.

Primetime.az xəbər verir ki, ölkə rəsmilərinin verdiyi məlumatda bildirilir ki, yanvar ayından etibarən bu virusa yoluxan 16 min insan həyatını itirib. Virusun simptomları arasında yüksək hərarət, əzələ ağrısı, nəfəs almada çətinlik, orqan çatışmazlığı və qanama var.

Qeyd edək ki, virusun yayılmasında ağcaqanadların rolu böyükdür.

Mənbə: primetime.az