İmişlidə daha 300 aztəminatlı ailəyə ərzaq və tibbi vasitələr paylanıb - Fotolar

İmişlidə daha 300 aztəminatlı ailəyə ərzaq və tibbi vasitələr paylanıb.

İmişli RİH-dən Avropa.info-ya verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsi olaraq, İmişli rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımları və tibbi vasitələrin paylanılması davam etdirilir. Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət edilir, onların mövcud durumları ilə yaxından maraqlanılır və həmin ailələrə yardımlar təqdim edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində bu gün rayonun Telişli, Allahmədətli, Məmmədli, Əliyetməzli, Ağamalılar, Qaraqaşlı, Mürsəlli, Muradalılı, Nurulu, Otuziki, Murğuzalılı, Xoşçobanlı və Qulubəyli kəndlərində ümümilikdə 300 ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları və tibbi vasitələr paylanılıb.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

“Bakılılar günü” – olsun, olmasın?

SONRAKI XƏBƏR

Pakistanın XİN rəhbəri koronavirusa yoluxub