ABŞ-ın baş infeksionisti: Mutasiya koronavirusun bədəndə konsentrasiyasını artırır

İnfeksionist Entoni Fauçi müsahibəsində bildirib ki, koronavirusun bu mutasiyasının tədqiqi hələ də bitməyib.

BAKI, 3 iyul — Sputnik. Koronavirusun xüsusi bir mutasiyası var ki, bu da onun yayılmasını sürətləndirə bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın baş infeksionisti, Allergik və İnfeksion Xəstəliklər Milli İnstitutunun Direktoru Entoni Fauçi bildirib.

"Məlumatlar göstərir ki, virusun replikasiyasını (çoxalmasını) sürətləndirən və onun bədəndə konsentrasiyasını artıran müəyyən bir mutasiya var", - Fauçi "Journal of the American Medical Association" jurnalına müsahibəsində bildirib.

İnfeksionist qeyd edib ki, bu mutasiyanın tədqiqi hələ bitməyib.

 

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

SONRAKI XƏBƏR

Təyyarə istəyirsiz? MiQ-31 qırıcısını dörd manata satan məmur həbs edilib