"Koronavirusdan sağalma müddəti xəstənin ümumi vəziyyətindən və gedişatdan asılıdır"-Baş infeksionist

"Koronavirusdan sağalma müddəti xəstənin ümumi vəziyyətindən və gedişatdan asılıdır"-Baş infeksionist

Koronavirus xəstəliyinə yoluxan insanların tamamilə sağalıb normal həyata dönməsi üçün neçə gün tələb olunur? Məlum olduğu kimi, xəstəliyə yoluan şəxslərin müaəlicəsi, xüsusən də tam sağalıb cəmiyyətə dönməsi mövzusunda şübhələr var.

Hətta bəzi xəstələr yenidən normal həyata qayıdanda şübhə və ehtiyatlı yanaşma ilə qarşılaşdıqlarından şikayət edir.
Normal müalicə müddəti nə qədər davam edir? Ağır şəraitdə müalicə neçə müddət davam edə bilir? Bundan başqa sağalan insanların evdə reabilitasiya müddəti nə qədərdir? Müalicə alan insanın hansı müddətdən sonra başqalarını yolxudurması riski ortadan qalxmış olur?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib bu barədə Sonxeber.az-a açıqlama verib.

Baş infeksionist bildirib ki, normal müalicə müddəti xəstənin ümumi vəziyyətindən və xəstəliyinin gedişindən asılı olaraq müəyyən olunur. Xəstəliyin əlamətləri tamamilə çəkiləndən sonra bu sağalma hesab olunur.

Ola bilər ki, xəstəliyin nəticəsi olaraq müəyyən əlamətlər qalsın və yaxud xəstədə hər hansı bir xroniki proses olsun və onun əlaməti qalsın. Yəni, xəstəlikdə konkret olaraq bu müddətə sağalacaq desək, adətən belə xəstələr bir həftədən, iki həftəyə qədər davam edir. Sağaldıqdan sonra ona həkim baxır və müəyyənləşdirir. İki dəfə 24 saat fasilə ilə test götürülür və nəticə mənfi olarsa belə xəstələr evə yazılır.

Onu da qeyd edim ki, ola bilər ki ağır xəstələr bir ay və ya ağır xəstələrin orqanizmi güclü ola bilər 15 gün ərzində sağala bilər. Yəni bu xəstəlikdən sağalmağa konkret bir müddət demək qeyri-mümkündür.

Virusa qarşı müalicə alan insanda əgər xəstə sağaldıqdan sonra iki dəfə ard-arda verdiyi analizlər mənfi olarsa o cəmiyyətin içərisinə buraxılır və ətrafdakılar üçün təhlükəli hesab olunmur. Bəzi insanlar var ki, onlar sağaldıqdan sonra xəstəliyin virusu gəzdirən kimi qala bilirlər. Virus ifraz olunması xəstələrdə 30-35 günə qədər bəzən daha artıq davam edə bilər. Belə insanları evə buraxıla bilərlər amma mütləq özünü təcrid şəraitində qalmalıdırlar".

F.Ağayeva

Mənbə: sonxeber.az