"Xəstəliyi yüngül, simptomsuz keçirənlər ve sağlam daşıyıcılar virusun potensial ötürücüləridir"-RƏY

"Xəstəliyi yüngül, simptomsuz keçirənlər ve sağlam daşıyıcılar virusun potensial ötürücüləridir"-RƏY

Dörd aydır ki, ölkəmiz Covid-19-la mübarizə reallığında yaşayır. Dövlət başçısının tapşırıq və göstərişlərinin nəticəsidir ki, biz inkişaf etmiş ölkələr ilə müqayisədə daha minimal itkilər verdik. Epidemioloji vəziyyətə nəzarət etmək üçün təcilli yardım qrupları, poliklinikalar, GEM ve stasionarlar vahid bir mexanizm kimi işləməlidirlər.

Bu sözləri Sonxeber.az-a açılamasında V.Axundov ad.Elmi-Tedqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova deyib.

O, bildirib ki, Səhiyyə Nazirliyinin ve TƏBİB qurumuna daxil olan tibb müəssisələrinin əks epidemik mübarizədə rolu önəmlidir. Əsas nəzarət sağlam virus daşıyıcılara yönəldilməlidir.

Xəstəliyi yüngül, simptomsuz keçirənlər ve sağlam daşıyıcılar virusun potensial ötürücüləridir.

Covid-19 epidemiologiyasında nəzərə alınması vacib olan bir amil də yoluxmanın intensivliyidir. Bu isə fiziki təmasların sayından və sıxlığından asılıdır. Rusiya epidemioqlarının fikrincə 1 nəfər xəstə orta hesabla 30 nəfəri yoluxdura bilir.

Bu mənada həmin 30 nəfərin hərəsi də 30 nəfər yoluxdurması nticəsində ortaya çıxan epidemik vəziyyəti təsəvvür etmək olar. Odur ki, hava-damcı infeksiyası olan Covid-19-la mübarizədə təmas müstəvisi maksimal azaldılmalıdır. Eyni hal stasionarlara da şamil edilməlidir. Xəstəxana daxili və hətta xəstəxana xarici yoluxmanın qarşısını almaq üçün əks epidemik rejimə ciddi riayət olunmalıdır.

Covid-19 diaqnostikasında seroloji ve PZR müayinə nəticələrinin düzgün interpretasiya edilmesi vacibdir. Birinci dəfə alınan pozitiv ve ya neqativ cavab epidemioloji, klinik ve instrumental müayinə cavabları ile təhlil edilməlidir. Eyni zamanda klassik epidemioloji müayinə ve epidemioloji diaqnostika tətbiq edilməlidir. Bu infeksiyanın bir müddət insan populyasiyasında dövr etməsini nəzərə alsaq Covid-19-a görə epidemioloji nəzarət sisteminin təşkili məsələsinin vacibliyi şüphəsizdir".

F.Ağayeva

Mənbə: sonxeber.az