İmişlidə koronavirus əleyhinə tədbirlər davam etdirilir - FOTO

İmişlidə koronavirus əleyhinə tədbirlər davam etdirilir - FOTO

İmişli rayon İcra Hakimiyyəti tərəfindən rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi davam etdirilir.

RİH-dən Avropa.info-ya verilən məlumata görə, bu gün rayonun Heydər Əliyev prospektində, 20 Yanvar, T.İsmayılov, M.Əsədov, S.Qazıyeva, A.Şadlinski, P.Həsənov, S.Fətəliyev və N.Savalanov küçələrində dezinfeksiya işləri aparılaraq yollar xüsusi məhlullarla yuyulmuşdur. Eyni zamanda rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları sakinlərə pulsuz tibbi maska paylayan zaman hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə ediblər. Tədbir çərçivəsində vətəndaşları maarifləndirmək məqsədilə onlara broşüralar paylanılmış, rayonun prospekt və küçələrində divarlara posterlər yapışdırılmış, həmçinin insanların sıx toplaşdığı yerlərdə reklam lövhələri asılmışdır.

Qeyd edək ki, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət edilir.

Mənbə: avropa.info