İspaniyada ikinci koronavirus dalğası qorxusu

İspaniyada ikinci koronavirus dalğası qorxusu

Koronavirusun Avropada ən çox təsir etdiyi ölkələrdən olan İspaniyada ikinci dalğa xəbərdarlığı edilib.

Primetime.az xəbər verir ki, Kataloniyanın təxminən 200 min əhalisi olan Segria bölgəsi yoluxma sayının artması səbəbi ilə karantin altına alınıb. Yerli saatla 12:00 etibarilə karantin tətbiq edilən bölgəyə giriş və çıxışlar qadağan edilib. Kataloniya lideri Quim Torra açıqlamasında "Segria bölgəsindəki Kovid-19 yoluxma sayının ciddi səviyyədə artması səbəbi ilə karantin qərarı aldıq" - deyə qeyd edib.

Xatırladaq ki, İspaniyada yeni tip koronavirus nəticəsində 28.385 nəfər ölüb, 297 min nəfər virusa yoluxub.

Mənbə: primetime.az