Koronavirusun hələ ki məlum olan fəsadları: dünya pandemiya qarşısında DİZ ÇÖKDÜ

Bildiyimiz kimi, dünyanı cənginə alan COVİD-19 virusu özü ilə dünyadakı insanların sağlamlığı üçün bir sıra ölümcül problemlər gətirərkən, bu virusun səbəb olduğu ən əsas zərərlərdən biri də heç şübhəsiz, Biznes sahəsi və təbii ki, Biznesmenlərdir.

 

Buta.ws xəbər verir ki, ACCA Global Mühasiblər mənbəsindən verilən məlumatlara əsasən, COVİD-19 virusu ortaya çıxandan sonra, Biznes dünyasında baş verən əsas dəyişikliklər kimi, “Victoria's Secret”-in müflis elan olunması, “Zara”-nın 1200 mağazasını bağlaması və “Hertz”-in müflis elan olunması üçün müraciət etdiyi göstərilərkən, “La Chapelle “ firmasi 4391 mağazasını geri çağırması da sensasiyaya səbəb oldu. Bundan əlavə, “Channel” və “Hermes” kimi məşhur şirkətlər fəaliyyətini dayandırarkən, “Patek Philippe” və “Rolex”şirkətləri öz istehsalını dayandırdı. Onu da qeyd etmək lazımdır ki, dünyanın lüks sənayesində də istehsal dayandırıldı. Bütün dünyada baş verən negativ dəyisikliklər “Nike” şirkətindən də yan keçmədi, belə ki, şirkət öz ixtisarlarının ikinci mərhələsinə başlamaq üçün 23 milyard ABŞ dolları hazırladığını bildirdi. AirBnb-nin qurucusu bu pandemiyaya görə 6-8 həftə ərzində 12 illik səylərin məhv edildiyini söylədi. COVİD-19 pandemiyasının təsirləri Fast Food sənayesindən də yan keçmədi və Star Bucks 400 mağazasını bağladığını elan etdi.

 

Bütün bunlara baxmayaraq, onu da qeyd etmək lazımdır ki, baş verənlər sadəcə olaraq bunlardan ibarət deyil və hər gün bilmədiyimiz minlərlə restoran, otel, təhsil, turizm sektorları da müflis olur, ya da olmaq üzrədir!!!

 

Kamil Hüseynli

Buta.ws

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycanda koronavirusdan ölənlər 1.2% təşkil edir"

SONRAKI XƏBƏR

Təbiət keşikçisini tapanda…