Fəaliyyət göstərən trenajor zalı aşkarlandı - Video

Fəaliyyət göstərən trenajor zalı aşkarlandı  - Video

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Mənbə: qafqazinfo.az