İyulun 6-7-də isti temperatur diskomfortu gözlənilir

İyulun 6-7-də isti temperatur diskomfortu gözlənilir

Azərbaycanda iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, bununla bağlı tibbi-meteoroloji proqnoz açıqlanıb.

Proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Mənbə: apa.az