Mövlud Çavuşoğlu: indiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

Mövlud Çavuşoğlu: indiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

Ankara, 5 iyul, AZƏRTAC

Türkiyə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli mübarizə aparmaqla bərabər, infeksiyanın yayılmasının qarşısını almaq üçün xarici ölkələrə yardım etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya rayonunda keçirilən “Sağlam turizm, təhlükəsiz şəhər” toplantısındakı çıxışında ifadə edib. Nazir məlumat verib ki, indiyədək 130 ölkədən 90 mindən yuxarı Türkiyə vətəndaşı ölkəyə gətirilib. O cümlədən, 90 ölkənin istəyi ilə təxminən 230 min xarici vətəndaşın öz məmləkətinə getməsinə köməklik göstərilib. Bu vaxtadək 137 ölkəyə COVID-19 infeksiyasına qarşı ləvazimatlardan ibarət yardım göndərilib. Yardımlara davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az