Tərtər rayonundakı inzibati binalarda növbəti dezinfeksiya işləri aparılıb

Tərtər rayonundakı inzibati binalarda növbəti dezinfeksiya işləri aparılıb

Tərtər, 6 iyul, AZƏRTAC

Koronavirus (COVID - 19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alnması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafik əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, rayon ərazisində yerləşən inzibati binalarında növbəti dezinfeksiya işləri aparılıb.

Mənbə: azertag.az