Britaniyalı alimdən koronavirusun mənşəyi ilə bağlı gözlənilməz AÇIQLAMA

Britaniyalı alimdən koronavirusun mənşəyi ilə bağlı gözlənilməz AÇIQLAMA

Yeni Covid-19 koronavirusu, ümumiyyətlə, Çindən gəlməyə bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Britaniyanın “Telegraph” qəzeti Oksford Tibb Mərkəzinin baş elmi işçisi Tom Jeffersona istinadən yazıb.

O, Covid-19-un Asiyada görünməmişdən əvvəl başqa bir yerdə meydana gəldiyinə dair bir çox dəlil olduğunu iddia edir.

Ötən həftə İspan virusoloqları Çində koronavirus xəstəliyi aşkar edilməzdən 9 ay əvvəl, 2019-cu ilin mart ayında toplanan çirkab su nümunələrində infeksiya izlərinin tapıldığını bildirib.

İtalyan alimləri, ilk hadisənin ortaya çıxmasından bir neçə həftə əvvəl, dekabrın ortalarında Milan və Turində çirkab su nümunələrində koronavirus əlamətlərini tapıblar və Braziliyada mütəxəssislər noyabr ayında koronavirusun izlərini aşkar ediblər, qəzet yazır.

Doktor Jefferson düşünür ki, planetin bir çox virusu “yatan” rejimindədir və əlverişli ekoloji şəraitdə üzə çıxır.

“Bu, o deməkdir ki, onlar göründükləri kimi tez itə bilərlər. SARS hara getdi? Sadəcə yoxa çıxdı. Virusun mənşəyini araşdırmağa başlamalı, bunun necə meydana gəldiyini və mutasiyasını başa düşməliyik” deyib.

“Düşünürəm ki, virus dünən burada idi və indi hər yerdədir. Ətraf mühitin oyatdığı “yatan” virusla mübarizə aparmağımız mümkündür” deyə Jefferson təklif edib.

Cənubi Georgiyadan Buenos Ayresə üzən kruiz gəmisində koronavirus infeksiyası nümunəsini tapılıb.

“Səkkizinci gün, sərnişinlər Ueddell dənizini keçəndə ilk hadisə qeydə alınıb. Virus bişmiş yeməkdə olub, isinəndə aktivləşib ” – deyə alim təəccüblənib.

Əlavə edib ki, 1918-ci ildə “İspan qripi” zamanı belə qəribə hadisələr baş verib. Qərbi Samoa əhalisinin təxminən 30% -i xarici dünya ilə əlaqəsi olmasa da, İspan qripindən ölüb.

“Bunun izahı odur ki, virusun törədiciləri heç bir yerdən gəlmir və heç yerə getmir. Həmişə burada olurlar və bəzən bir şey onları aktivləşdirir – bəlkə də dünya əhalisinin sıxlığı və ya ətraf mühit şəraiti buna təsir edir. Və bunu öyrənməliyik” deyib.

Alim virusun insanlar arasında yalnız hava damcıları ilə deyil, çirkab suları vasitəsi ilə də keçə biləcəyini etiraf edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az