Hazırda nə qədər polis və əsgər karantinə nəzarət edir? - DİN-dən AÇIQLAMA

Hazırda nə qədər polis və əsgər karantinə nəzarət edir? - DİN-dən AÇIQLAMA

Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyulun 2-dən ləğv edilib. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Postların yığışdırılmasından sonra daxili küçələrə də nəzarət edilməyə başlanıb. Bu da daha çox polis işçisinin işə cəlb edilməsinə səbəb oldu.

Bəs, ümumilikdə Bakıda ve regionlarda hazırda karantin rejiminə nəzarət edən polis işçilərinin və əsgərlərin sayı nə qədərdir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Redaktor.az-a bildirib ki, bu barədə ictimaiyyətə məlumat verilmir:

"Daxili İşlər Nazirliyi orqanlarının bütün əməkdaşları martdan elan olunan karantin rejimi ilə əlaqədar olaraq, həmin gündən indiyə kimi gücləndirilmiş iş rejimində xidmət göstərir. Ümumi say əlbəttə ki, bizə məlumdur, amma bunu ictimailəşdirmirik".

Sevda Ulutau / Redaktor.az

Mənbə: redaktor.az