Bakının digər məşhur otellərdə son vəziyyət - SPA mərkəzi, restoranlar...

Bakının digər məşhur otellərdə son vəziyyət  - SPA mərkəzi, restoranlar...

Xəbər verdiyimiz, kimi dünən Bakıda yerləşən "Fairmont Bakı” otelində karantin qaydaları pozulub. Vətəndaşlar hovuzda istirahət edib, şəkil və videoları isə sosial şəbəkədə paylaşıb.

Bəs, Bakının digər məşhur otellərində vəziyyət necədir?

Redaktor.az Bakıda fəaliyyət göstərən otellərlə əlaqə saxlayaraq, karantin qaydalarına necə əməl etdiklərini öyrənib.

“Hilton” oteldən saytımıza verilən məlumata görə, hazırda otel fəaliyyət göstərsədə, otelin restoranı, hovuzu və SPA mərkəzi karantin rejiminin qaydalarına uyğun olaraq, fəaliyyət göstərmir.

“Four Seasons Hotel Baku”nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Əliyeva isə bildirib ki, karantin rejimi ilə əlaqədar olaraq, otel avqust ayının 1-nə qədər fəaliyyətini dayandırıb.

"Bulva"r oteldən verilən məlummata görə, otel mart ayının 24-dən etibarən müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilib və hazırda oteldə həkimlər qalır.

“Bilgəh Beach Hotelin" əməkdaşı saytımıza açıqlamasında bildirib ki, otel fəaliyyət göstərsə də, hovuz, çimərlik və restoranların hamsı bağlıdır.

Mahir Ələkbərov / Redaktor.az

Mənbə: redaktor.az