Təhsil eksperti: “Repetitorlara VÖEN aldırdılar, amma...”

Təhsil eksperti: “Repetitorlara VÖEN aldırdılar, amma...”

“Repetitorlara VÖEN, elektron imza aldırdılar, indi online dərs keçmək üçün evində imkanı olmayan ofisinə, kirayə götürdüyü yerə gedib dərs keçməlidir”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib:

“Amma Nazirlər Kabinetinin icazə verdiyi fəaliyyət sahələri içərisində bu yoxdur. Əsas da, Vergilər Xidmətinin verdiyi VÖEN-də bu xidmət göstərilməyib.

İndi fəaliyyətinə icazə verilməyən sahələrdə çalışanlara, VÖEN-inə icazə vermədiyiniz şəxslərə konpensasiya verəcəksiniz?

Bir məqsədiniz var, cərimə yazmaq. Amma bir yaradıcı, inkişaf etdirici təklifiniz yoxdur, layihəniz yoxdur. Sonunda da bəh-bəhlə statistika paylaşacaqlar ki, bizim “qaynar xətt”imizə bu qədər zəng gəlib. Çünki işləmirsiz, insanlar fəaliyyətinizdən çox narazıdır”.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info