Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Bakı, 6 iyul, AZƏRTAC

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb.

İnstitutun Təhsil şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu gün magistrantlar yay imtahan sessiyasının sonuncu imtahanını veriblər. Stereokimya fənni üzrə keçirilən onlayn imtahanda I kurs magistrantlar 5 sualı şifahi cavablandırıblar.

Qeyd olunub ki, magistrantlar yay imtahan sessiyasını ixtisas və qeyri-ixtisas fənləri üzrə tam müvəffəqiyyətlə başa vurublar.

Mənbə: azertag.az