"Baku TV"dən Mələk Heydərova ilə bağlı AÇIQLAMA

“Baku TV”nin rəhbəri Orxan Məmmədov sosial şəbəkədə aparıcı-aktrisa Mələk Heydərovanın karantin qaydalarını pozaraq “Fairmont Baku” otelində istirahət etməsi və onun işdən çıxarılmasından yazıb.

Yeniavaz.com xəbər verir ki, o, M.Heydərovanın işdən çıxarılmasını təsdiq edib və aparıcıya uğurlar arzulayıb:

“Dünən yüzlərlə insan məni paylaşımlara “taq”elədi. Qısaca olaraq açıqlama verim. Əməkdaşımız məzuniyyətdə olub və gedib istirahət edib. Bizim hər hansı bir əməkdaşımızın məzuniyyətdə olarkən ona qadağalar qoymağa ixtiyarımız yoxdur.

Amma kim olursa, olsun, əziyyətlə qaldırdığımız “BAKU TV”nin imicinə xələl yetirirsə və ən əsası dövlətimin qoyduğu qanunu pozursa, buna reaksiya verməyə bilməzdik. Mələk yaxşı işçi idi, ona uğurlar arzu edirəm”.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

"Bank kartımdan 3000 manat çıxarılıb, 1 aydır polisdən məlumat ala bilmirəm" - ŞİKAYƏT

SONRAKI XƏBƏR

Azərbaycanda yeni sığorta və təkrarsığorta brokeri təsis edilib