ADNSU-da kimya mühəndisliyinin aktual problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

ADNSU-da kimya mühəndisliyinin aktual problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

Bakı, 6 iyul, AZƏRTAC

Dekabrın 24-də və 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyinə həsr olunmuş "Kimya mühəndisliyinin aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 100-dən çox məruzəçinin qatılması nəzərdə tutulan tədbirdə iştirakçılar beynəlxalq çərçivədə fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Konfransda iştirak üçün artıq 70 nəfərin qeydiyyatı təsdiqlənib. Qeydiyyat prosesi sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, ADNSU neft təmayüllü ali məktəb olaraq dünyada məşhur universitetlərdən sayılır və konfransın mövzuları sırf aktual problemləri əhatə etdiyi üçün məqalələrin beynəlxalq jurnallarda dərc olunması nəzərdə tutulur.

Mənbə: azertag.az