Yumşalma sonra çimərlikləri açan İspaniya yenidən qapatdı

Yumşalma sonra çimərlikləri açan İspaniya yenidən qapatdı

Yumşalma sonrası çimərlikləri açan İspaniya koronovirusun yayılması təhlükəsiz üzündən yenidən onlarla çimərliyi bağlamaq qərarı verib.

Avropa.info xəbər verir ki, Əndəlüsdə qapadılan 50 çimərliyin 30-u Malqadadır. Çimərliklərin bəzilərinin işini bu həftə bərpa edəcəyi gözlənilir. Çimərliklərin bağlanması qərarı həftəsonu bu yerlərin insanlarla dolması və sosial məsafəyə riayət edilməməsi olub.

Ölkənin şimal-şərqində yerləşən Qalisiya əyalətində isə ləğv edilən qadağalar yenidən qaytarılıb. Maskaların taxılması məcburi edilib. 10 nəfərdən çox görüşlər qadağan edilib. Bar və restoranlar ziyaərtçiləri 50% azaldacaq.

Şənbə günü Kataloniyda məhdudiyyətlər tətbiq olunub. Seqria rayonunda 200 min nəfər karantinə göndərilib. Onlara başqa şəhərlər getmək qadağan edilib.

Mənbə: avropa.info