Nəsimi rayonunda profilaktik tədbirlər davam etdirilir

Nəsimi rayonunda profilaktik tədbirlər  davam etdirilir

Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti Başçısının, RİH Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı və yaradılmış mobil qrupların üzvləri tərəfindən əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə mütəmadi reydlər keçirilir, obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təvisiyyələrinə ciddi əməl etmələri barədə göstərişlər verilir.

Sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

 

Mənbə: qafqazinfo.az