Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarx yayımlanır

Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarx yayımlanır

Bakı, 6 iyul, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Reklam Agentliyinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı xüsusi şüarlardan hazırlanmış maarifləndirmə xarakterli yeni sosial çarxın paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə yayımlanmasına başlanılıb.

İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin sosial çarxın yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi daşıyır.

Mənbə: azertag.az