Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət rejiminin müddəti iyulun sonunadək uzadılıb

Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət rejiminin müddəti iyulun sonunadək uzadılıb

Bolqarıstan hakimiyyəti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan fövqəladə epidemioloji vəziyyət rejiminin müddətini uzadıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiyev bildirib.

Onun sözlərinə görə, fövqəladə epidemioloji vəziyyət rejiminin müddətinin iyul ayının sonunadək uzadılmasına qərar verilib.

Nazir bildirib ki, ölkədə fövqəladə epidemioloji vəziyyət rejiminin uzadılmasına koronavirusa yoluxma hallarının artması səbəb olub.

Qeyd edək ki, Bolqarıstan son sutka ərzində 923 nəfər koronavirus testindən keçirilib, 63 yoluxma halı aşkarlanıb və 5 nəfər vəfat edib.

Xatırladaq ki, ölkədə indiyədək 5 740 nəfər COVID-19-a yoluxub, 246 nəfər vəfat edib. Xəstəlikdən sağalanların sayı 2 915 nəfərdir.

Bolqarıstanda COVID-19-a ilk yoluxma halı martın 8-də qeydə alınıb. Martın 13-dən may ayının 14-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bundan sonra isə hökumət ölkədə fövqəladə epidemioloji vəziyyət rejiminin tətbiqinə dair qərar qəbul edib. Bolqarıstanda qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə məcburidir.

Mənbə: apa.az