Ermənistan Hərbi Polisinin komendant xidmətinin rəisi faktları təkzib edir

Ermənistan Hərbi Polisinin komendant xidmətinin rəisi faktları təkzib edir

Bir neçə gün bundan öncə erməni mətbuatında Qarnik Hayrapetyanın Ermənistan Hərbi Polisinin komendant xidmətinin rəisi vəzifəsinə təyin olunmasına toxunulub. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Hayrapetyan mətbuatdakı məsələyə cavab verib.
Onun sözlərinə görə, materialın faktiki əsasları yoxdur. Lakin bununla yanaşı, Hayrapetyan Ermənistan keçmiş hakimiyyətinin nümayəndələri ilə əlaqələrinin olması faktını təsdiqləyib.
Alpər Mövludoğlu
Ordu.az













 

 

Mənbə: ordu.az