QHT rəhbərlərinin diqqətinə: "Şuraya gəlmədən..."

QHT rəhbərlərinin diqqətinə: "Şuraya gəlmədən..."

“Məlum olduğu kimi, bu ilin əvvəlindən SƏLİS-in yaratdığı yeni imkan nəticəsində müqavilələrin elektron formada imzalanması mümkün oldu. Artıq QHT nümayəndəsi Şuraya gəlmədən və əlavə vaxt sərf etmədən ASAN imza və ya E-imza vasitəsilə müqaviləni imzalayır və imzalanmış müqaviləni yükləyə bilir”.

Cebhe. info xəbər verir ki, bu haqda məlumatı Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Nədimə Rəhimli verib. N.Rəhimli qeyd edib ki, Şuranın digər bir yeniliyi SƏLİS-in ASAN Finance sisteminə inteqrasiyası idi: “Bununla da QHT nümayəndəsi banka gedərkən özüylə müqavilə və bildirişi (qrant müqaviləsinin qeydə alınması barədə) təqdim etməyə bilərdi.

Şura tərəfdən bu məsələ tam həll olunsa da, bankların bu prosesə qoşulması mövcud durumla əlaqədar gecikdiyindən QHT nümayəndələrindən xahiş olunur ki, bankda əməliyyat aparmaq üçün SƏLİS-də şəxsi kabinetdə olan müqaviləni (elektron qaydada) və Ədliyyə Nazirliyinin qrant müqaviləsinin qeydə alınması barədə bildirişi banka təqdim etsinlər. Əlavə olaraq, qeyd edək ki, Şura ilə QHT arasında imzalanmış müqaviləni müvafiq olaraq "AsanDoc" və ya "Edoc" proqramı vasitəsilə yükləyə və elektron qaydada istifadə edə bilərsiniz”.
Cebhe. info

Mənbə: cebhe.info