"Baku Tv"nin əməkdaşı sərt karantin qaydalarını pozub üzr istədi - VİDEO

"Baku Tv"nin əməkdaşı sərt karantin qaydalarını pozub üzr istədi - VİDEO

Dünən Bakının tanınmış hotellərindən biri olan “Fairmont Baku” hotelində polis tərəfindən reyd aparılması və hoteldə karantin qaydalarının pozulması barədə məlumat vermişdik.
Hoteldə isə istər tanınmış sima olsun, istər tanınmış "instagram" istifadəçiləri olsun bir çox müştərilər hovuz kənarında şəkillər və videolar çəkərək paylaşmışdılar və bununla da hoteldə karantin qaydalarının pozulması medya tərəfindən ifşa olunmuşdu. Və nəticədə tanınmış hotelədə polis tərəfindən reyd keçirilərək qanun pozuntularına müdaxilə edildi.
Onlardan biri də, medya nümayəndəsi, "Baku Tv"nin əməkdaşı Mələk Heydərova olub.
Mələk Heydərova bu hadisələrdən sonra öz çıxışından ibarət video qeydə alaraq xalqından və əməkdaşı olduğu "Baku Tv" kollektivindən üzr istədiyini bildirdi.
O, etdiyinin doğru olmadığını, qanunların hər kəs üçün olduğunu və qaydaları pozmağın doğru addım olmadığını bildirib, hər kəsi sağlamlığını qorumaq üçün qaydalara riayət etmək lazım olduğunu da deyib.
Təbii ki, hər birimiz insanıq və hardasa səhf addım atmağımız da qaçınılmazdır. Ancaq önəmli olan bunu anlamaq və niyyətini cəmiyyətə lazımı formada çatdıra bilməkdir ki, Mələk Heydərova bunu layiqincə etdi.
Cəmiyyət qarşısında tanınmış bir sima olaraq onun bunu etməsi və "heç kimdən üstün deyilik, qanunlar hər birimiz üçündür" - deyərək cəmiyyətə səslənməsi alqışlanacaq addımdır.
Ancaq biz medyada elə həmin hotelin müştərilərindən biri olub, qayda pozuntuları ilə öyünən də gördük ki, həmin şəxsin sosial medyada on minlərlə izləyicisi var və etdiklərini rahatlıqla onlara sərgiləyir.
Qeyd edək ki, artıq elə həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Mələk Heydərovanın qeydə aldığı videonu sizlərə təqdim edirik:

Mənbə: ypx.az