Beynəlxalq videokonfrans keçirildi - Diasporla iş üzrə dövlət komitəsinin 18-ci ildönümünə həsr olundu

Beynəlxalq videokonfrans keçirildi - Diasporla iş üzrə dövlət komitəsinin 18-ci ildönümünə həsr olundu

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilən beynəlxalq videokonfrans keçirilib. Virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib. Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, yarandığı gündən Komitənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edib, diasporun birləşməsi və təşkilatlanması istiqamətində mühüm işlər və müxtəlif layihələr həyata keçirilib.Ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün Koordinasiya Şuraları yaradılıb, Azərbaycan evləri istifadəyə verilib.

Fuad Muradov - Diasporla iş üzrə dövlət komitəsinin sədri

Müxtəlif ölkələrdə səpələnmiş bizim soydaşlarımızdan bağlı Azərbaycan dövlət siyasəti mövcuddur.Möhtərəm cənab prezident tərəfindən son illər ərzində diaspora iş üzrə Dövlət komitəsinə, bizim soydaşlarımıza diqqət və qayğı göz qabağındadır. Bizim bu illər ərzində həyata keçirdiyimiz işlər çox böyükdü.Və bu işlərin böyük olması sizdən asılıdı.

atv.az

Mənbə: www.atv.az