Rusiya COVID-19-un müalicəsi üçün dərman ixracına başladı

Rusiya COVID-19-un müalicəsi üçün dərman ixracına başladı

Rusiya koronavirus infeksiyasının müalicəsində faydalı olan “Avifavir” preparatını ixrac etməyə başlayıb. Azvision.az xəbər verir ki, dərman ilk olaraq Belarusa ixrac edilib. Yaxın vaxtlarda preparatın Qazaxıstana ixrac olunacağı bildirilir.

Məlumata görə, 50-dən çox ölkə “Avifavir”i əldə etmək niyyətindədir. Hazırda sözügedən dərmanın bir sıra Latın Amerikası ölkələrinə ixracı barədə danışıqlar aparılır.

Bundan əlavə, MDB və Yaxın Şərq ölkələri də onu almaqda maraqlıdırlar.

Mənbə: azvision.az